Yolu keçən kişi "KamAZ"ın altında qaldı

Yolu keçən kişi "KamAZ"ın altında qaldı
15:47 14 Fevral 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, fevralın 13-də saat 20 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Şəki rayon sakini C.Məmmədov idarə etdiyi "KamAZ-55111" markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/730540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR