Əqli məhdudiyyətli övladına dəfələrlə təcavüz etdi

Antalyada zehni məhdudiyyətli H.E.nin və iki uşağının yaşadıqları eşidənləri dəhşətə salıb.

Metbuat.az "DHA"- ya istinadla xəbər verir ki, doğma qızına təcavüz edən ata Əkrəm Ergül ilə baş verənlərə göz yuman həyat yoldaşı Cəmilə Ergülün cinsi istismar nəticəsində dünyaya gələn 2 körpə öldürdükləri də ortaya çıxıb və bu səbəblə də ömür boyu həbs cəzasına məhkum ediliblər. Məhkəmə hökmdə güzəşt etməyib.


Antalya Kəpəz rayonu Həbiblər Məhəlləsində tikintilərdə rəngləmə edən 4 uşaq atası Əkrəm Ergül, zehni əlil qızı H.E.yə 6 il boyunca təcavüz edib. 2008-ci ildə atasından hamilə qalan H.E.nin, bu təcavüzlərdən 2012 və 2014-cü ildə anadan olan biri oğlan 2 körpə isə tənha bir yerə qoyularaq, ölümə tərk edilib.

Dəhşətli hadisə, bir qonşunun polisə zəng etməsi ilə meydana çıxıb. Əkrəm Ergül həbs olunarkən, həyat yoldaşı Cəmilə Ergül həbssiz mühakimə olunmaq üzrə sərbəst buraxılıb. H.E. İlə bacısı A.E.ni dövlət mühafizəsinə götürüb.

Doğma qızını cinsi istismar edən Əkrəm Ergül haqqında xarakterli cinsi təcavüz cinayətindən 30 ilə qədər həbs, ana Cəmilə Ergül haqqında da suçu bildirməməm cinayətindən 1 ilə qədər həbs cəzası istəyiylə Antalya 5-ci Ağır Cəza Məhkəməsində cinayət işi açılıb. Əkrəm Ergül və Cəmilə Ergül haqqında yenə eyni məhkəmədə doğulmuş 2 körpə öldürdükləri iddiası ilə xarakterli şəkildə qəsdən öldürmə cinayətindən ikinci bir cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR