“Azəriqaz” Gədəbəyin 6 kəndini qazlaşdırır

“Azəriqaz” Gədəbəyin 6 kəndini qazlaşdırır
16:17 14 Fevral 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işləri davam etdirir.
"Report"un məlumatına görə, ucqar kəndlərin qazlaşdırılması məqsədi ilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq, Yenikənd, Çobankənd, Şahdağ, Çiçəkli, Novoivanovka kəndlərində qazlaşdırma işləri yüksək surətlə aparılır.
Qeyd olunan bölgədə yerləşən kəndlərə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək. Qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilir ki, bu da hər bir abunəçinin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradacaq.
“Azəriqaz”ın iş icraçısı Elçin Həsənov bildirib ki, bu işlərə yanvar ayından başlanılıb və artıqn 70%-i yekunlaşdırılıb: “Dağ kəndlərinə qazın çəkilişi sözsüz ki, ən çox burada yaşayan əhalini sevindirir”.
Qeyd edilən kəndlərin qazlaşdırılması ilə təxminən 1 300-dən artıq abunəçi “mavi yanacaq”la təmin ediləcək. Bu sayın arta biləcəyi ehtimalı da var. İşlərin isə qıza zamanda yekunlaşdırılması nəzərdə tutulub. 
https://www.youtube.com/watch?v=HZ7DzkV62gk&feature=youtu.be&fbclid=IwAR33LtB8vJi0gWZkYLOrnm7_Tt8m35P4JaMR0RQBEcxeko9Lr5kHWogE0V4







Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azeriqaz-gedebeyin-6-kendini-qazlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR