Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb
17:36 14 Fevral 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 185 manatdan 210 manata artırılıb.

Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3019692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR