Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyənləşdirilməsi müzakirə olunub

Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyənləşdirilməsi müzakirə olunub
17:55 14 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) nümayəndələri ilə görüş olub.

Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ötən dövrdə ölkəmizdə formalaşmış miqrasiya qanunvericiliyində mütərəqqi beynəlxalq yanaşmalara və bu qanunvericiliyin təkmilləşdirilməsi işlərində də qabaqcıl dünya təcrübəsinə istinad olunduğunu deyib.

İCMPD tərəfindən müvafiq layihə cərçivəsində həyata keçirilmiş “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi” adlı tədqiqatın nəticələrindən bəhs olunub. Tədqiqatda İCMPD ilə birgə layihələr əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun, yüksək ixtisaslı miqrant işçilərin cəlb olunması mexanizminin və s. təkmilləşdirilməsi ilə bağlı tövsiyələr də yer alıb.

Görüşdə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri İCMPD-in nümayəndələri ilə birgə müzakirə olunub. Bu sahədə tədqiqatda əskini tapan tövsiyələrə uyğun istiqamətlər üzrə təkliflərin hazırlanaraq təqdim olunması razılaşdırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3019663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR