Bakıda ölüm səfərinə çıxan avtomobilin ŞOK GÖRÜNTÜSÜ - Avtobusa çırpılıb öldü

Bakıda ölüm səfərinə çıxan avtomobilin ŞOK GÖRÜNTÜSÜ - Avtobusa çırpılıb öldü
17:58 14 Fevral 2019
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhərinin Xətai rayonunda avtobusa çırpılan minik avtomobilinin qəzadan əvvəl təhlükəli hərəkət etməsini əks etdirən video yayılıb.

Publika.az xəbər verir ki, videoda "KİA Rio" markalı avtomobilin qəzadan əvvəl Babək prospektində yüksək sürətlə və təhlükəli hərəkət etdiyi görünür. Yusif Səfərov küçəsindən dönüb Heydər Əliyev Əliyev prospekti istiqamətinə gedən avtomobil yol qovşağında 2 saylı marşrut xətti üzrə hərəkət edən marşrut avtobusuna çırpılıb. Avtomobili idarə edən sürücü, 1977-ci il təvəllüdlü Məmmədov Emin Vahid oğlu hadisə yerində vəfat edib.

Muxtar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/269620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR