AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib

AzTV 63-cü ildönümündə “Xəbərlər”in yeni studiyasını istifadəyə verib
18:02 14 Fevral 2019
130 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Xəbərlər” studiyası televiziyanın bu gün tamam olan 63-cü ildönümü münasibəti ilə yenidən tam yeni standartlarla istifadəyə verilib.
“Report”un əldə etdiyi məlumata görə, AzTV-nin yeni rəhbərliyi tərəfindən yenidən qurularaq istifadəyə verilən yeni studiya tam müasir standartlara cavab verir.
Studiyada AzTV-nin “Xəbərlər” proqramı ilə yanaşı QSC-yə daxil olan “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının da xəbər proqramları yayımlanır.
Xatırladaq ki, dövlət televizyasının ilk efir günü 1956-ci ilin fevralın 14-də olub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R. Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanıb. Maliyyə sistemi şəffaflaşdırılıb, iri həcmli kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Islahatlar davam etdirilir. 


Xəbərin orijinal ünvanı: https://report.az/media/xeberler-in-yeni-studuyasini-istifadeye-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR