Bəzi ixtisasların ləğv edilməsi qərarı nə vəd edir?

Bəzi ixtisasların ləğv edilməsi qərarı nə vəd edir?
18:18 14 Fevral 2019
141 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat (baza ali tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları təsdiq edilib. Yeni qaydalar bu il sentyabrın 15-dən qüvvəyə minəcək.

Lakin Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev dəyişikliklərin bu il keçiriləcək qəbul imtahanlarına aid olmayacağını deyib.

Təhsil eksperti Kamran Əsədov Publika.az-a açıqlamasında bu qərarla Dövlət İmtahan Mərkəzinin açıqladığı siyahı arasında uyğunsuzluğun olduğunu bildirib:

“Dövlət imtahan Mərkəzi yanvarın 25-də ixtisas qrupları üzrə qbul aparılacaq ixtisasların sayını açıqlayıb. Bu günlərdə Nazirlər Kabineti 2019-cu ildə qəbul aparılacaq ixtisasları təqdim etdi. Dövlət İmtahan Mərkəzinin siyahısı ilə yeni təsdiq olunan siyahıda üst-üstə düşməyən ixtisaslar var. Maraqlı məqam budur. Qərarın 2019-cu il sentyabrın 15-dən qüvvədə olması həmin tədris ilində ali məktəbə gedən tələbələrin bu ixtisaslar üzrə hazırlancağı deməkdir.Yeni qaydaya görə 2019-2020-ci ildə bu ixtisaslar üzrə tədris aparılacaq. Bundan başqa nazirlik gah ixtisasların ləğv edildiyini, gah da edilmədiyini deyir. Əgərbirinci siyahıda olan ixtisas ikinci siyahıda yoxdursa, demək ləğv edilib. Bu ad dəyişmə deyil. Abituriyent qəbulda iştirak etmək üçün jurnal alanda “müalicə işi” ixtisasını görməyəcək. Adının necə dəyişdirilməsinin önəmi yoxdur. Burada əsas məsələ tələbələrdə çaşqınlıq yaratmasıdır”.

K.Əsədov bəzi ixtisasların ali məktəblərdə tədrisinə də ehtiyac olmadığını deyib:

“Bundan sonra Turizm bələdçisi ixtisasını ali məktəblərdə tədris ediləcək. Turizm bələdçisi olmaq üçün akademik təhsilə ehtiyac yoxdur, o, peşə təhsili səviyyəsində hazırlana bilər. Həmçinin Tibb bacısı işi ixtisasını ali məktəbdə tədrisə ehtiyac yoxdur. Tibb bacısı olmaq üçün 6 il təhsil almaq vacib deyil. Bununla yanaşı orta ixtisas təhsili ilə ali məktəbdə bir-birini təkrar edən ixtisaslar ləğv edilməldir. Bu qaydaların tətbiqində digər problemli məqam qəbul planı ilə bağlıdır. 40-dan çox ixtisas ləğv edilib və bu da 6 mindən çox plan yeri deməkdir. Ümumilikdə bu siyahını məqbul hesab etmirəm. Elektrik mühəndisi, elektrik energetik mühəndisi, nəqliyyatda daşımalarla yerüstü nəqliyyat vasitələri mühəndisliyi ixtisasları bir-birini təkrar edirdi. Bunlar ləğv edilməli idi. Lakin bir çox ixtisasın ləğv edilməsinə ehtiyac yox idi. Xalq çalğı alətləri ixtisası başqa ixtisasla birləşdirilməməli idi. Çünki artıq ona müraciətlər az olacaq, nəticədə bu ixtisas itəcək. Halbuki milli çalğı alətlərimizi başqa xalqlar oğurlayır, onları daha yaxşı qorumalıyıq”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/269616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR