Brejnevin ehtiraslı öpüşü barədə bilmədiyimiz 10 MARAQLI FAKT

Brejnevin ehtiraslı öpüşü barədə bilmədiyimiz 10 MARAQLI FAKT
19:42 14 Fevral 2019
Ölkə mətbuatı
A- A+

SSRİ tarixinin məşhur simalarından biri də Leonid Brejnev olub.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, Brejnev sonradan kəlama çevrilən siyasi açıqlamalarından başqa güclü öpüşü ilə də yaddaşlarda qalıb. Çünki siyasi sahədə öpüşmək çox nadir hallarda baş verir. Bu gün oxuculara Brejnevin ən məşhur öpüşləri barədə faktları çatdırırıq.

1970-ci illərdə SSRİ məkanında "üçqat Brejnev"in nə demək olduğunu bilməyən adam yox idi. Brejnev qarşı tərəfin sağ və sol yanaqlarını sonra isə dodağını öpürdü.

Leonid Brejnevin Çexoslavakiyanın Kommunist partiyasının baş katibi Qustav Qusakla öpüşü elə rezonans doğurmuşdu ki, çexlər bunu hələ də xatırlayırlar.

Bir dəfə Brejnev rumın lider Nikolay Çauşeskini öpməyə cəhd etdi. Amma Çauşeski çox iyrənən insan olduğu üçün bundan imtina etdi və bu ritualdan imtina edən ilk insan oldu.

1971-ci ildə Brejnevin növbəti uğursuz öpüş cəhdi oldu. Bu dəfə o, Marqaret Tetçerlə görüşürdü. Amma dəmir ledi bu öpüşdən yan qaça bildi.

1973-cü ildə SSRİ-yə ABŞ-dan nümayəndə heyəti səfərə gəldi. Baş katibin çıxışından sonra əlində gül dəstəsi tutan gənc amerikalı qadın ona yaxınlaşdı. Brejnev isə onu tutaraq öpdü. Enni Hollman adlı xoreoqrafiya müəlliməsi bir saniyədə bütün dünyada məşhurlaşdı.

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Brejnev tərəfindən öpülən yeganə amerikalı prezidentdir.

Brejnevin İosip Broz Tito ilə öpüşü o qədər güclü olub ki, yuqoslav liderin dodağı zədələnib.

1968-ci ildə Yasir Ərəfat SSRİ-yə ilk səfərini etdi. Burada o, Mərkəzi Komitənin katibi ilə görüşdü. Fələstinli lider qısa müddət ərzində Kremlin etimadını qazandı, bunu Brejnevin öpüşü də sübut edir.

Brejnevin İndira Qandi ilə ehtiraslı öpüşünün fotosu çəkilib və Qandinin adına olan muzeydə öz yerini tutub.

1974-cü ildə SSRİ-yə ilk səfərini edən kubalı lider artıq Brejnevin qonaqlarını öpməsi barədə məlumatlı idi. Amma Kastro bilirdi ki, buna icazə versə, öz ölkəsində gülüş obyektinə çevriləcək. Fidel öpüşdən qaçmaq üçün orijinal bir yol tapdı. Təyyarədən enən Kastronun damağında tüstülənən siqar var idi və Brejnev onunla öpüşə bilmədi.

Leonid Brejnevin ən məşhur öpüşü ADR-in (Almaniya Demokratik Respublikası) rəhbəri Erix Honnekerlə olub.  Bu öpüş Berlin divarına rəssam Dmitri Vrubel tərəfindən həkk edilib. "Qardaş öpüşü" Berlin divarının yıxılmasının simvoluna çevrildi.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/730645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR