Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı YENİ XƏBƏR

Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı YENİ XƏBƏR
19:47 14 Fevral 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 7-də Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində nəqliyyat vasitəsinin operatoru Qasımov Vüqar Eyvaz oğlu Vəlvələçaya düşərək boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda V.Qasımovun axtarışları davam etdirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/730646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR