“JP Morgan” bankı kriptovalyuta buraxacaq

“JP Morgan” bankı kriptovalyuta buraxacaq
19:52 14 Fevral 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Dünyanın ən iri investisiya bankı olan ABŞ-ın “JP Morgan” bankı özünün “JPM Coin” kriptovalyutasını buraxacaq.
“Report” CNBC telekanalına istinadən xəbər verir ki, bankdan verilən məlumata görə, bankın müştəriləri arasındakı ani ödənişlər vasitəsi kimi istifadə olunacaq yeni kriptovalyutanın yaxın aylarda sınaqdan keçiriləcəyi bildirilir.
Bu, ABŞ-ın iri bankları tərəfindən buraxılan ilk kriptovalyuta olacaq.
2017-ci ilin sentyabr ayında “JP Morgan Chase”nin rəhbəri Ceymi Daymon kriptovalyutalarını “qərənfillər xəstəliyi” dövründə Hollandiyanın başına gələnlərdən daha betər fırıldaq deyə səciyyələndirmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/jp-morgan-oz-kriptovalyutasini-buraxacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR