"Biz üç saat işləyəcəyik" - Yerevanda ictimai nəqliyyat İFLİC VƏZİYYƏTDƏ

"Biz üç saat işləyəcəyik" - Yerevanda ictimai nəqliyyat İFLİC VƏZİYYƏTDƏ
19:57 14 Fevral 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Yerevanda ictimai nəqliyyat iflic vəziyyətə düşüb. 

Milli.Az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, "Yerevan Avtobusu" QSC-nin sürücüləri xidmət göstərməkdən imtina ediblər.

Məlumata əsasən, sürücülər quruma 7 ildir ki, rəhbərlik edən Elbak Tarpoşyanın işdən çıxarılmamasını istəyirlər.

Aksiyanın başlamasından bir neçə saat sonra sürücülərlə danışıq aparmaq üçün şirkətin direktoru və Yerevan meriyasının Nəqliyyat İdarəsinin sədri Henrix Navasardyan gəlib.

Sonuncu qeyd edib ki, Tarpoşyan 2018-ci ilin dekabrında işdən çıxmaq barədə ərizə yazıb və lakin o hələ təsdiqlənməyib. Navasardyanın sözlərinə görə, müvəqqəti olaraq vəzifəni icra edən direktor təyin olunacaq. Sürücülərin özləri isə bildiriblər ki, meriyanın özü namizədi artıq var və o onlar üçün yolverilməzdir. Nəticədə Elbak Tarpoşyan sürücüləri işləməyə inandıra bilib: "Mənə bir neçə saat verin, söz verirəm, mən öz ərizəmi özüm cıracağam".

Sürücülər isə buna üç saat veriblər: "Biz üç saat işləyəcəyik, hələlik hansı qərarın veriləcəyini gözləyək".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR