Gürcüstan Rusiyadan qaz alacaq - Müxalifət etiraz edir

Gürcüstan Rusiyadan qaz alacaq - Müxalifət etiraz edir
20:05 14 Fevral 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan hakimiyyəti Rusiyadan təbii qaz almaq üçün danışıqlar aparır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya parlamentin komitə iclasında deyib.

Onun sözlərinə görə, diversifikasiya olacaq və qazın qiymətində rəqabət yaranacaq. 

"İstəyirik ki, qazın bir deyil, bir neçə tədarükçüsü olsun", - nazir deyib. 

O bildirib ki, Rusiya ilə danışıqlar çətindir və vaxt tələb edir, çünki Gürcüstan şərtlərin yaxşılaşdırılmasını istəyir. 

Nazir Gürcüstanın Rusiyadan hansı həcmdə qaz almaq istədiyini açıqlamayıb. 

Georgi Kobuliyanın açıqlaması Gürcüstan müxalifətinin sərt tənqidlərinə səbəb olub. 

"Vahid milli hərəkat"dan olan deputat Roman Qotsiridze deyib ki, monetizasiyadan əvvəl Gürcüstan tranzit zamanı 200 milyon kubmetr rus qazını özünə saxlayırdı, bu isə 40 milyon dollar deməkdir. 

"İndi isə bizə tranzitə görə 11 milyon dollar verirlər, daha doğrusu, biz təxminən 30 milyon dollar itiririk", - o bildirib. 

Tranzitlə bağlı razılaşma imzalanmayıb.

"Bu o deməkdir ki, Gürcüstan yarım ildir rus qazını Ermənistana heç bir razılaşma olmadan göndərir", - deyə  Qotsiridze əlavə edib.

Gürcüstanın qaza tələbatı ildə təxminən 2,5 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, Gürcüstan 2007-ci ildən rus qazının alışını dayandırıb. Onun qaza olan tələbatını Azərbaycan qarşılayır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR