Marukyan: "Müxalifətdən gələn Paşinyan özünü itirib"

Marukyan: "Müxalifətdən gələn Paşinyan özünü itirib"
20:12 14 Fevral 2019
80 Dünya
Ölkə mətbuatı
A- A+

Dünənki müxalifət hakimiyyətə gələn kimi dözümsüz olmağa başladı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan deyib.

"Üç gündür biz oturub, hökumətin proqramının müzakirəsinin necə getdiyinə baxırıq. Onun hansı dözülməz atmosferdə keçməsi təəccüblüdür. Müxalif qüvvənin hakimiyyətə gələn kimi belə sürətlə tolerantlığını itirməsi qəribədir. Plenar müzakirədən öncə hakimiyyət parlament fraksiyalarına öz layihəsini təqdim etməyib. Beləliklə, hökumət özünü müxalifəti eşitmək imkanlarından məhrum edib", - deyə o bildirib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR