Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi

Homoseksuallar Çeçenistan hökumətinə “müharibə” elan etdi
20:57 14 Fevral 2019
117 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanda homoseksualların təqiblərə məruz qalması, həbs olunması və işgəncələrin verilməsi ilə bağlı ittihamlar "mavilər"in informasiya hücumudur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu bəyanatı Respublikanın mətbuat katibi Alvi Kərimov səsləndirib.

"Belə iddiaların müəlliflərində ar və vicdan deyilən şey qalmayıb, onlar bütün sərhədləri keçiblər", - deyə Kərimov gileylənib.

"Bir daha bildirirəm ki, Çeçenistanda bu əlamətlərə görə bir nəfər belə həbs olunmayıb. Hüquq-mühafizə orqanları, insan haqları müdafiəçiləri və jurnalistlər, hətta xarici vətəndaşlar dəfələrlə bu məlumatları yoxlayıb və belə halların olduğuna dair bir fakt belə aşkarlamayıb", - Kərimov diqqətə çatdırıb.

Kərimovun hiddət dolu bəyanatına səbəb "Rusiya LGBT şəbəkəsi" proqramının direktoru İqor Koçetkovun mətbuatda səsləndirdiyi fikirlər olub.

Koçetkovun sözlərinə görə, 2018-ci ilin dekabr ayında çeçen hüquq-mühafizə orqanları əməkdaşları "mavi" və lezbiyanları Arqun polis bölmələri və Qroznı şəhərinin Zavodsk DİN bölməsində saxlayıb. Onları cinsindən asılı olmayaraq, döyüblər və elektroşoklu dəyənəklərlə təcavüz ediblər.

Elə həmin ay Çeçenistanda homoseksuallara qarşı keçirilən kampaniya çərçivəsində iki çeçenistanlı sakin Şoto-Şamil Akayev və Eyyub İbrahimovun ölüm xəbəri yayılıb. Meyitin müayinə protokoluna əsasən, həmin şəxslər yaxın məsafədən boyun nayihəsindən güllələnib.

Rəsmi versiyaya görə, onlar polis əməkdaşlarına hücum etməyə çalışan zaman zərərsizləşdiriliblər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR