Yığmamızın baş məşqçisindən qələbə şərhi

Yığmamızın baş məşqçisindən qələbə şərhi
23:37 14 Fevral 2019
89 İdman
Ölkə mətbuatı
A- A+

"Qələbə münasibətilə komandamı təbrik edirəm. Fürsətdən istifadə edib bütün futbolçulara şans verdik. Oyun ərzində bir çox taktiki gedişi sınaqdan keçirdik".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd İspaniyanın "Ranero" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən yoxlama oyunundan (6:1) sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Gənc çalışdırıcı böyükhesablı qələbəni belə şərh edib: "Müəyyən epizodlarda istədiyimiz alınırdı, bəzi epizodlarda çatışmayan nüanslar gördük. Bu cür oyunlarda rəqibə daha ciddi yanaşmalıyıq. Çünki bizi qarşıdakı oyunlarda daha sürətli, taktiki baxımdan daha kombinasiyalı oyunlar gözləyir. İstər yoldaşlıq, istərsə də rəsmi oyunlar olsun, ciddiyəti əldən verməməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR