Britaniya Parlamenti "Brexit" üçün yeni təklifi rədd edib

Britaniya Parlamenti "Brexit" üçün yeni təklifi rədd edib
00:32 15 Fevral 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Britaniya Parlamentinin İcmalar Palatası, hökumətin ölkənin Avropa Birliyindən (AB) çıxmasına dair şərtlər haqqında təklif etdiyi yeni texniki sənədi qəbul etməyib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, 258 deputat sənədin lehinə, 303-ü isə əleyhinə səs verib.
Yanvar ayında Britaniya Parlamenti Baş nazir Tereza Mey tərəfindən təklif edilən AB ilə "Brexit" müqaviləsini rədd edib, 29 yanvarda isə Avropa Birliyi ilə əsas məsələ - İrlandiya sərhədi problemi mövzusunda müzakirələrin davam etdirilməsinə icazə verən "Brexit" ilə bağlı texniki sənədə dəyişiklikləri təsdiqləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/britaniya-parlamenti-brexit-ucun-yeni-teklifi-redd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR