Zəncirvari qəza: çox sayda yaralı var

Zəncirvari qəza: çox sayda yaralı var
01:33 15 Fevral 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bolu şəhərinin Gerede bölgəsində Ankara istiqamətindəki əsas yolda zəncirvari avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, qəza nəticəsində yük maşınları da olmaqla 20-yə yaxın avtomobil toqquşub. Çox sayda yaralının olduğu bildirilir. Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza səbəbindən Bolu-Ankara yolu bağlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/269661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR