Dünya ulduzlarını dişləyərək masaj edən qadın - FOTO

Dünya ulduzlarını dişləyərək masaj edən qadın - FOTO
03:32 15 Fevral 2019
123 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaxşı bir masaj insanı rahatladır, gərginliyini azaldır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Dot adlı qadının müştəriləri dünya ulduzlarıdır. Amma bu masajın digərlərindən fərqi üsulu var. O, dişləyərək masaj edir.

Ən məşhur rok ulduzları, idmançılar, siyasətçilər, televiziya və kino ulduzları özlərini dişlətmək üçün Ştaynın qapısını döyürlər. Doroti Ştayn 15 yaşından bu yana işləyir və 24 ildir ki, pul da qazanır. O, reklamlara çəkilir, öz brendini bazara çıxarır.

"Daily Mail" qəzetinə müsahibə verən Ştayn bildirib ki, dişləmək terapiyası ailədən gələn bir vərdişdir:

"Anam həmişə masaj etməyimi istəyirdi. Beş yaşım var idi və əllərim güclü deyildi. Buna görə məndən dişləməyimi istəyirdi və o gündən bu yana dişləməyə davam edirəm".

Onun müştəriləri arasına Keyn Uest, Peris Hilton, Keti Perri, Eminem, Adam Levin, İqqi Pop, Aerosmit, Vin Dizel, Sil, Şakira var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/730434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR