Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək

Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək
03:50 15 Fevral 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp dövlət büdcəsini imzalayacaq və sərhəddə (Meksika ilə - red.) fövqəladə vəziyyət elan edəcək.

Trend-in məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, bununla milli təhlükəsizlik böhran və humanitar böhrana son qoyulacaq.

S.Sanders deyib: "Prezident yenidən divarı tikmək, sərhədi qorumaq və ölkəmizin təhlükəsizliyi təmin etmək barədə verdiyi sözü yerinə yetirir".

Qeyd edək ki, razılaşdırılmış büdcə divarın tikilməsinə Trampın tələb etdiyi 5.7 milyard dollar əvəzinə cəmi 1,4 milyard dolların ayrılamsını nəzərdə tutur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3019826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR