Ağ ev Trampın ölkədə fövqəladə vəziyyət elan etmək planının olduğunu təsdiq edib

Ağ ev Trampın ölkədə fövqəladə vəziyyət elan etmək planının olduğunu təsdiq edib
03:57 15 Fevral 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp həqiqətən Meksika ilə sərhəddə divarın tikilməsi ilə bağlı ölkədə fövqəladə vəziyyət elan etmək ehtimalını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders deyib.
"Prezident Tramp hökumət büdcəsinin maliyyələşdirilməsinə dair qanun layihəsini imzalayacaq və daha əvvəl dediyi kimi, sərhəddə milli təhlükəsizlik və humanitar böhrana son qoymaq üçün fövqəladə vəziyyətin elan edilməsi də daxil olmaqla, başqa bir addım atacaq", - deyə Sanders bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ag-ev-trampin-fovqelade-veziyyet-planinin-oldugunu-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR