AMB: Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib

AMB: Ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib
09:57 15 Fevral 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/Ötən il xarici sektordakı müsbət proseslər özünü Azərbaycanın xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
İcmalda qeyd olunub ki, 2018-ci ildə ölkənin strateji valyuta ehtiyatları 7,1% və ya 3 mlrd. ABŞ dolları artıb və ilin sonuna 44,9 mlrd. ABŞ dolları təşkil edib. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib, xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini 5,3 dəfə üstələyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-strateji-valyuta-ehtiyatlari-7-1-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR