Bakı. Trend:
Hindistanın Cammu və Kəşmir ştatında əldəqayırma bombanın partlaması nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 38 yaralı var.
Trend-in məlumatına görə, bomba ehtiyat polis qüvvələrinin konvoyu yolda olarkən işə düşüb. Partlayışdan sonra atəş səsləri eşidilib.
İnsidentə görə məsuliyyəti "Caiş-e-Məhəmməd" qruplaşmasının terrorçuları öz üzərinə götürüb.
Ümumilikdə konvoydakı 78 avtomobildə 2547 polis əməkdaşı olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin