İrəvanın böyük məğlubiyyəti

İrəvanın böyük məğlubiyyəti
13:46 14 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə erməni ailəsini qətlə yetirmiş rus əsgərinin Ermənistan məhkəməsinə verilməməsi Serj Sarkisyan hakimiyyətinin zəifliyidir.

ANS PRESS-in məlumatına görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin başçısı Artur Sakuns bildirib.

Onun sözlərinə görə, rus əsgər hərbi hissəni tərk etdikdən sonra o, yerli qanunlarla mühakimə edilməlidir və Ermənistan hakimiyyəti zəif olduğuna görə qətli törətmiş Premyakovu almaq üçün arqumentlərini tətbiq edə bilmir.

Artur Sakuns bildirib ki, Gümrüdəki hərbi bazanın rus əsgərlərinin ətrafdakı erməni əhaliyə qarşı münasibəti çox gərgindir: "Onlar qarşılarına çıxan ilk ailəni qıra bilərlər".

Hüquq müdafiəçisinin sözlərinə görə, Rusiya bazasının Ermənistanın təhlükəsizliyinə zəmanət verməsinə də inanmaq çətindir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR