2018-ci ildə manatın məzənnəsi əsas valyutalara nisbətdə bahalaşıb

2018-ci ildə manatın məzənnəsi əsas valyutalara nisbətdə bahalaşıb
10:37 15 Fevral 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/Ötən il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.
İcmalda qeyd olunub ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub. İl ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1,6965, satış məzənnəsi isə 1,7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0,2% (0,0035 manat), satış məzənnəsi ilə isə 0,1% (0,0023 manat) olub.
İl ərzində manat ABŞ dollarına qarşı 0,01%, Türk lirəsinə qarşı 28,6%, avroya qarşı 4,1%, İngiltərə funt sterlinqinə qarşı 5,9%, Rus rubluna qarşı 16,9% möhkəmlənib. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6,1% möhkəmlənib.
Nominal effktiv məzənnənin (NEM) 11,9% bahalaşması real effektiv məzənnəyə (REM) artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir edib. Qeyd edək ki, 2014-cü ilin sonundan bəri isə REM 32,3% ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/2018-ci-ilde-manatin-mezennesi-esas-valyutalara-nisbetde-bahalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR