Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - FOTO

Prezident İlham Əliyevin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanılıb - FOTO
10:42 15 Fevral 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Polis əməkdaşları məmur postlarını "satan" 32 yaşlı Dərbənd sakini Beytulla Cavadovu saxlayıblar. Hazırda onun əməllərindən 10 nəfərin zərər çəkməsi məlumdur. Dələduz karyera pilləkəni ilə irəliləmək istəyənlərə göstərəcəyi "xidmətə" görə azı 15 milyon rubl mənimsəyib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Cavadov məmur postlarının satışına Dağıstan parlamentinin deputatı Leyla Kərimovanın köməkçisi olduqdan sonra başlayıb. Qurbanlarını əlindəki imkanlara inandırmaq üçün onlara respublikanın birinci şəxsləri ilə fotoşəkillərini, Azərbaycan və Rusiya prezidentlərinin saxta fəxri fərmanlarını, adlı saatlarını göstərib.

Dələduz Cavadov təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon rubl, rayon başçısı vəzifəsi üçün 2-3 milyon, baş nazir vəzifəsi üçüncə cəmi 5 milyon rubl istəyib.

Bundan başqa, Beytulla Cavadov müəyyən məbləğ qarşılığında dövlət proqramı üzrə mənzil almaqda kömək edəcəyinə söz verib. Əlil uşağı olan ailə mənzil alınması prosesini sürətləndirmək üçün dələduza 300 min rubl verib.

Cavadov fevralın 11-də tutulub və onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi üzrə cinayət işi başlanıb. Polis dələduzun əməllərindən zərər çəkənləri hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/730762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR