“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb
13:02 15 Fevral 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 1 926 172 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 6% azdır.
Əvəzində son bir ildə bağlanmış əqdlərin sayı isə 13% artaraq 10 340-a çatıb.
BFB-nin dövriyyəsinin 74%-i və yaxud 1 425,016 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 39,3% azdır.
Hesabat dövründə səhm bazarı üzrə əqdlərin 14 dəfə artaraq 322 min manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 91% artaraq 49,823 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 3,1 dəfə artaraq 37,328 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 57,22% azalaraq 413,684 milyon manat olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/baki-fond-birjasi-nin-dovriyyesi-6-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR