“Diriliş Ərtoğrul”da məyusedici AYRILIQ - Məşhur aktyor serialı tərk edir

“Diriliş Ərtoğrul”da məyusedici AYRILIQ - Məşhur aktyor serialı tərk edir
13:03 15 Fevral 2019
144 Şou
Ölkə mətbuatı
A- A+

Reytinq rekordları qıran “Diriliş Ərtoğrul”un baş rol aktyoru Engin Altan Düzyatan layihəni tərk edəcək.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərtoğrul Qazi obrazını canlandıran Düzyatan bu mövsüm sonunda "ölərək" ekran işindən ayrılacaq.

Xatırladaq ki, mövsümün əvvəlində Burak Özçivitin də layihəyə daxil olacağı iddia edilmişdi. Aktyor hətta saqqal saxlayaraq hazırlıqlara başlamışdı. Lakin məlum olub ki, Engin Altanla Burak Özçivit arasında gərginlik yaranıb. Türkiyə mətbuatı iddia edir ki, layihə rəhbərləri ENgin Altan Düzyatanı serialından uzaqlaşdırmağa və yerinə Burak Özçiviti gətirməyə qərar verib.

Həlimə Sultanın ölümündə olduğu kimi, serialda tarix də dəyişəcək. Ərtoğrul Qazi bu mövsümün finalında öləcək. Növbəti mövsümdə serialın adı dəyişdirilərək "Diriliş" və ya "Kuruluş Osman" adı ilə davam edəcək. Osman Qazini Burak Özçivit canlandıracaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/269704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR