Sumqayıtda oğurlanan avtomobil 2 ildən sonra tapıldı

Sumqayıtda oğurlanan avtomobil 2 ildən sonra tapıldı
13:17 15 Fevral 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilə məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin "VAZ-2106" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb.

M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında "VAZ-2106" markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satması, habelə 2018-ci ilin iyul ayında digər "VAZ-2107" markalı avtomobili qaçırması və Göyçay rayon sakininə satması müəyyən edilib.

Araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/730797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR