Avropanın "Top 5" klubları transferlərə nə qədər xərcləyiblər?

Avropanın "Top 5" klubları transferlərə nə qədər xərcləyiblər?
15:05 15 Fevral 2019
85 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın futbol üzrə "Top-5" ölkə çempionatlarında çıxış edən klublar qış fasiləsində transferlərə 642,8 milyon dollar xərcləyiblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın hesabatında bildirilir. Ötən illə müqayisədə oyunçuların alınmasına sərf edilən vəsaitin məbləğində 6,4 faiz artım olub.

Qış "transfer pəncərəsi"ndə ən çox pulu İngiltərə klubları xərcləyib - 178,2 milyon dollar. İtaliyalılar 144,6 milyon dollar, almaniyalılar 112,5 milyon dollar, ispaniyalılar 112 milyon dollar, fransalılar isə 95,4 milyon dollar sərf ediblər.

Qeyd edək ki, "Top 5" klubları ümumilikdə 349 transfer həyata keçiriblər. Bu isə dünya üzrə keçidlərin 59 faizi deməkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/730825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR