Milli Gimnastika Arenası Dünya Kubokuna hazırdır

Milli Gimnastika Arenası Dünya Kubokuna hazırdır
15:07 15 Fevral 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 16-da Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürəcək. 
“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) təşkil olunacaq "AGF Trophy"də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasimi fevralın 16-da, saat 10:00-a təyin edilib. İlk gündə təsnifat, ertəsi isə final yarışları olacaq. 
Yarış öncəsi müxtəlif ölkələrdən gəlmiş gimnastlar MGA-da məşqə çıxıblar. 
Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.



















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/milli-gimnastika-arenasi-dunya-kubokuna-hazirdir-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR