"Neftçi" moldovalı futbolçu ilə müqavilə bağlayıb

"Neftçi" moldovalı futbolçu ilə müqavilə bağlayıb
15:17 15 Fevral 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bakı.15 fevral. REPORT.AZ/ “Neftçi” klubunun yeni transferi Petru Raku ilə müqavilənin detalları müəyyənləşib.
“Report” “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, moldovalı müdafiəçi ilə cari mövsümün sonunadək sözləşmə imzalanıb.
Raku sabiq komandası “Şerif”də olduğu kimi, “Neftçi”də də 4 nömrəli formanı geyinəcək.

14:07***
Bakı.15 fevral. REPORT.AZ/ "Neftçi" klubu yeni transferini reallaşdırıb. 
"Report" paytaxt təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "ağ-qaralar" Moldovanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Petru Raku Moldova yığmasının da üzvüdür. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-moldovali-futbolcu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR