Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib

Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib
15:22 15 Fevral 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sahibkarların enerji şəbəkəsinə qoşulması proseduru sadələşdirilib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azərişıq" ASC-nin Perspektiv inkişaf və ASAN xidmətlə iş idarəsinin rəhbəri Elsevər Rüstəmli deyib.

Onun sözlərinə görə, indi sahibkarlar üçün elektrik şəbəkəsinə qoşulma prosesi 20 gün çəkir və iki mərhələdə icra olunur:

"Birinci mərhələ sahibkarın "ASAN Kommunal" mərkəzləri və Kiçik və Orta Biznes Evlərinə sənəd təqdim etməyi nəzərdə tutur. Sənədlər ASC-yə göndərildikdən sonra tikinti işləri başlayır. Son mərhələdə "Azərişıq" əməkdaşı müəssisəyə gəlir və müqavilə imzalanır. Bütün bir prosedur 20 günü əhatə edir".

O əlavə edib ki, ASC-yə 240 müraciət daxil olub. Onlardan 207-i artıq qoşulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/730837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR