Keçmiş nazirin bacısı efirdə soyundu - VİDEO - FOTO

Keçmiş nazirin bacısı efirdə soyundu - VİDEO - FOTO
15:32 15 Fevral 2019
148 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyada "Brexit"ə etiraz əlaməti olaraq soyunub efirə çıxanların sayı artıb.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, bu dəfə də belə bir hadisə Sky News kanalında baş verib.

Tanınmış ingilis jurnalist, Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun bacısı Raçel Conson Sky News kanalında yayımlanan "The Pledge" verilişində soyunub.

O, ötən həftə BBC radio 4 və ITV-nin efiri zamanı soyunan qıza dəstək olub və "Brexit"ə etirazını bildirib.

Qeyd edək ki, ITV kanalında yayımlanan "Good morning Britain" (Sabahın xeyir, Britaniya) verilişinə qatılan Viktoriya Beytmen (Victoria Bateman) lüt halda studiyada oturaraq müzakirə aparıb. Qonaq bu hərəkəti ilə Britaniyanın Avropa İttifaqından çıxmaq istəyini qınayıb. O bildirib ki, "Brexit" Britaniyanı çılpaq vəziyyətdə qoyacaq. Onun sinəsinə yazılan "Brexit" sözü də diqqət çəkib. Viktoriya, həmçinin bununla gender bərabərsizliyinə də etiraz edib.

Xatırladaq ki, "Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"dən götürülüb.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tanınmış ingilis jurnalist efirdə soyundu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR