Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub

Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub
16:47 15 Fevral 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşə görə Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsilzik konfransına qatılmaqla bağlı proqramını son anda ləğv edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
Onun sözlərinə görə, bu barədə qərar son anda qəbul edilib.
A.Lukaşenko fevralın 16-da “Şərq-Qərb münasibətləri” mövzusunda panel müzakirələrdə iştirak etməli imiş. Onun əvəzinə tədbirə ölkənin Almaniyadakı səfiri Denis Sidorenko qatılacaq.
Qeyd edək ki, bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayıb. Tədbir fevralın 17-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/lukasenkonun-munhene-seferi-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR