Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib

Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib
16:52 15 Fevral 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
“Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-prezidenti-litva-prezidentini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR