Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"

Ermənistan prezidentindən Qarabağla bağlı ŞOK SÖZLƏR: "Çox təhlükəli olacaq"
17:08 15 Fevral 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

"Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa bir yol yoxdur”.

Publika.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan deyib.

Almaniyanın Heydelberq Universitetinin tələbələri qarşısında çıxış edən Sarkisyan onlarla Qarabağ münaqişəsinin həllinə dair öz fikirlərini bölüşüb.

“Hər kəs üçün sülhdən başqa hər hansı digər bir seçim tamamilə dağıdıcı olacaq. Burada nə qədər güclü olduğunuz, silahlanmaya nə qədər pul sərf etdiyiniz və ya ordunuzun nə qədər böyük olmasının əhəmiyyəti yoxdur. Dağlıq Qarabağda dondurulmuş münaqişə hələ həll olunmayıb. Əgər bu böhran düzgün idarə olunmasa, çox təhlükəli olacaq”, - prezident deyib.

Onun sözlərinə görə, sözügedən ərazi Azərbaycan, Gürcüstan, Rusiya, Suriya, İran və Türkiyə sivilizasiyalarının kəsişməsidir. Sarkisyan bildirib ki, münaqişəyə hər hansı kənar təsir böyük zərər verə bilər. Buna görə də yalnız bir yol var: münaqişənin sülh yolu ilə həll edilməsi. Ermənistan prezidenti münaqişə ilə bağlı yekun qərarın sağlam düşüncə əsasında veriləcəyini və Dağlıq Qarabağda yaşayan xalqların hüquqları nəzərə alınaraq münaqişənin həll olunmasına ümid etdiyini dilə gətirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/269738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR