Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub

Azərbaycan 1 ildə Türkiyəyə 500 milyon dollardan çox investisiya qoyub
17:12 15 Fevral 2019
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Azərbaycanın Türkiyədə investisiyaları 516 milyon dollar olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mərkəzi Bankına istinadən məlumat verir.

Bununla yanaşı, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarının payına 489 milyon dollar düşür.

İl ərzində Azərbaycandan Türkiyəyə ən çox sərmayə (178 milyon dollar) noyabrda, ən az isə (13 milyon dollar) dekabrda qoyulub. Türkiyəyə yatırılan bütün investisiyaların təqribən 8 faizi Azərbaycanın payına düşür.

Ümumilikdə ötən il Türkiyəyə xarici investisiyaların məbləği 6,5 milyard dollar təşkil edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/730939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR