Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq

Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
17:32 15 Fevral 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin sonunadək Azərbaycanda daha beş "ASAN Xidmət" mərkəzi açılacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri Ülvi Mehdiyev deyib.

Ü.Mehdiyevin sözlərinə görə, mərkəzlər Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə açılacaq:

"Beləliklə, mərkəzlərin sayı 20-yə çatacaq və ölkənin böyük hissəsini əhatə edəcək. Hazırda həmin rayonlarda tikinti işləri davam edir. Mərkəzlərin bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir".

Ü.Mehdiyev əlavə edib ki, "ASAN Xidmət"ə alternativ xidmətlər ləğv olunub və bu da onu ifadə edir ki, dövlət orqanları öz xidmətlərini "ASAN Xidmət" vasitəsilə göstərəcək:

"Əhatə dairəsi kifayət qədər genişdir. Gələcəkdə tələbat yaranarsa, biz digər, yeni növ xidmətlər də göstərməyə hazır olacağıq".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/730932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR