Ötən il "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının həcmi açıqlanıb

Ötən il "Azəri-Çıraq-Günəşli"dən neft hasilatının həcmi açıqlanıb
18:36 15 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2018-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan ümumi neft hasilatı 213 milyon barel təşkil edib. Bu barədə Trend-ə BP-dən məlumat verilib.

Ötən il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənib.

2018-ci ildə "Azəri-Çıraq-Günəşli"dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 min), Mərkəzi Azəri (154 min), Qərbi Azəri (126 min), Şərqi Azəri (97 min), Dərinsulu Günəşli (105 min) və Qərbi Çıraq (57 min) platformalarından birlikdə – gündə orta hesabla 584 min barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon ton olub.

İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su injektor və 7 qaz injektor quyusu istismarda olub. 2018-ci ildə "Azəri-Çıraq-Günəşli"də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilkdə isə 2,3 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%)

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3018879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR