Azyaşlı tamaşaçılar sevinəcək: “Danışan gəlincik” nağıl-pyesi

Azyaşlı tamaşaçılar sevinəcək: “Danışan gəlincik” nağıl-pyesi
18:47 15 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların da repertuarına əlavə olunmasına eyni həssaslıqla yanaşır.

Milli.Az xəbər verir ki, tamaşaların davamlı olaraq nümayişini təşkil etmək məqsədi ilə teatr rəhbərliyi aylıq repertuar planını təsdiqləyir, teatrda yaradılmış  marketinq prinsipi ilə ictimai nəqliyyatda, sosial şəbəkələrdə, ASAN Xidmət Mərkəzində və müxtəlif ali təhsil ocaqlarında hər kəs  tamaşalar barədə vaxtaşırı məlumatlandırılır.

Cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn SDDT  nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin,  valideynlərin övladlarına  dəstək olaraq  onları bu yöndə motivasiya etmələrinin  asan, anlaşıqlı dillə və  dialoqlarla vurğulandığı  bir  tamaşanı təhvil verdi.

Belə ki, bugün rejissor Vasif Məmmədovun quruluşunda Abdulla Şaiqin "Danışan gəlincik" nağıl-pyesinə daxili baxış  keçirildi. Tərbiyəvi  əhəmiyyət kəsb edən  səhnə əsərində  əməkdar artist Növrəstə  Həşimova,  aktyorlar   İlham Səfərli,  Şəms Abdullayeva,  Vəfa Qurbanova,  İradə Zeynalova,  Aynur Hümbətova, Firuzə Şərifova,  Elmir Mehdiyev, Cavanşir Eyyubzadə və   Şəmistan Süleymanlı öz rollarının öhdəsindən məharətlə gəldi.  Tamaşanı izlədikdən sonra teatrın direktoru əməkdar Artist Mübariz Həmidov və yaradıcı kollektiv  fikirlərini bölüşdü. Həmçinin məktəblilərdən ibarət Alternativ bədii şura üzvləri onları təsirləndirən məqamları dilə gətirdi.  Tamaşanın premyerası  yaxın günlərdə nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/730944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR