Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər

Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər
18:48 15 Fevral 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər.

Trend-in məlumatına görə, bunu “RİA Novosti”yə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, iki dövlət rəhbəri arasında görüşün mümkünlüyü müzakirə oluna bilər.

Z.Mnatsakanyanla Münhendə görüş imkanı barədə suala cavab verən Azərbaycan XİN rəhbəri deyib:

“Yəqin ki, ayaqüstü görüş mütləq olacaq. Biz görüşmək üçün bütün imkanlardan istifadə edirik”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/269755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR