“Ford” ağaca çırpıldı - Sürücü sıxılmış vəziyyətdə qaldı

“Ford” ağaca çırpıldı - Sürücü sıxılmış vəziyyətdə qaldı
18:50 15 Fevral 2019
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xaçmazın Çinartala kəndində avtomobil qəzası olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Ford” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3020219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR