Sahil Babayev Neftçalada sakinlərlə görüşüb

Sahil Babayev Neftçalada sakinlərlə görüşüb
19:15 15 Fevral 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ildə imzaladığı yeni fərman və sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əmək haqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. O, həmin sənədlərdən irəli gələn tapşırıqların icrası sahəsində görülən işlər, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin şəffaflaşdırılması üçün aparılan islahatlar barədə məlumat verib.

Aktiv məşğulluq tədbirlərindən, özünüməşğulluq proqramının icrasından bəhs edən nazir ötən il məşğulluq orqanları vasitəsilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edildiyini, 41 nəfərin peşə hazırlığının təşkil olunduğunu, 614 ailənin özünüməşğulluq proqramına cəlb edildiyini deyib. S.Babayev bildirib ki, dövlət başçısının təşəbbüsü ilə cari ilin yanvar ayında icrasına başlanılan “İşsizin DOST-u” proqramı 30 minədək işsiz şəxsin əmək müqaviləsi üzrə ödənişli ictimai işlərə cəlb olunmasını nəzərdə tutur. Onlardan artıq 25 mindən çox şəxsin əmək müqaviləsi ilə bu işlərlə təminatı həyata keçirilib. Proqrama əsasən Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də işsiz şəxslər ödənişli ictimai işlərə cəlb olunurlar.

Qəbul zamanı ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma və s. məslələrlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdən sorğu xarakterli olanlarla bağlı hüquqi izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün S.Babayev tərəfindən aidiyyəti taşırıqlar verilib. Eləcə də bir sıra vətəndaşların aktiv məşğulluq tədbirlərinə, sosial xidmətlərə, potensial imkanları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması, reabilitasiya xidmətləri ilə təminatı tapşırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR