“Sərkisyandan fərqli olaraq Paşinyan…” - Rus nəşrindən sensasion məqalə

“Sərkisyandan fərqli olaraq Paşinyan…” -  Rus nəşrindən sensasion məqalə
19:37 15 Fevral 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistanın Suriyaya hərbi missiya göndərməsi rəsmi Vaşinqton və İrəvan arasında gərginlik yaradıb. ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Ermənistanın yeni rəhbərliyinin bu addımını pislədi. İrəvan isə departamentə Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan səviyyəsində cavab verdi".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən Ng.ru saytında dərc edilmiş analitik məqalədə bildirilib.

Mənbə qeyd edir ki, ABŞ-ın etirazlarına baxmayaraq, Ermənistan 83 nəfərdən ibarət şəxsi heyəti Suriyaya göndərdi:

"Beləliklə, Ermənistanın Suriyayaya humanitar yardımın edilməsi məsələsində bir neçə ildir Moskva və İrəvan arasında gedən danışıqlar öz həllini tapdı.

Qeyd edək ki, Suriyaya erməni hərbi birləşməsinin göndərilməsinə dair müzakirələr hələ 2017-ci ildən - Ermənistanın keçmiş hakimiyyəti dönəmindən başlamışdı. Lakin sabiq prezident Serj Sərkisyan bu məsələdə tələsmirdi. ABŞ-ın buna mənfi reaksiyasını, habelə edilən xəbərdarlıqları da nəzərə alırdı.

Ermənistanın yeni rəhbərliyi isə bu məsələdə keçmiş hakimiyyətlə aradakı fikir ayrılığını ortaya qoydu. Hökumətin bəzi üzvləri isə Baş nazir Nikol Paşinyanı Qərblə razılaşdırılmamış addım atmamağa çağırırlar".

Məqalədə bildirilir ki, Paşinyan heç bir tərəddüd etmədən, Qərbdəki erməni diasporunun təzyiqlərini nəzərə almadan erməni hərbi birləşməsini Yaxın Şərqin ən həssas ölkəsinə - Suriyaya göndərdi:

"Lakin Paşinyanın bu addımı onun həyata keçirmək istədiyi islahatları reallaşdırmaq üçün lazım olan kapitalın Ermənistana açılması ehtimal edilən axının qarşısını ala bilər. Bu baxımdan Paşinyanın bu qərarı Ermənistan üçün ümidverici deyil.

Bəlkə də buna görə, hələ də inqilabdan sonra Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın yeni rəhbərliyinə vəd etdiyi pullar gözə görünmür".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/730958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR