Almaniya hərbi xərclərini azaldır

Almaniya hərbi xərclərini azaldır
19:57 15 Fevral 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Almaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmağı qarşıya məqsəd qoyub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib.
“Biz avropalılar tərəziyə daha çox yük qoymalıyıq. Almaniya hökumətinin NATO-ya vəd etdiyi, bizim koalisiya sazişimizdə təsbit olunduğu kimi, müdafiə xərclərimizi 2 faiz səviyyəsinə çatdırmaq məqsədinə doğru irəliləyirik”, - deyə nazir vurğulayıb.
Xatırladaq ki, bu gün Münhendə illik beynəlxalq təhlükəsizlik konfransı açılıb. Budəfəki konfransın daha çox ABŞ Prezidenti Donald Tramp tərəfindən dəfələrlə irəli sürülən tələbə baxmayaraq, müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmadıqları üçün ABŞ-nın NATO-dakı tərəfdaşlarına qarşı sərt tənqidlərlə yadda qalacağı güman edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniya-herbi-xerclerini-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR