Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir (FOTO)

Neftçaladakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir (FOTO)
20:15 15 Fevral 2019
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi qayğı mərkəzinə baxış keçiriblər.

Nazirliyindən Trend-ə verilən məlumata görə, mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb.

Burada 30-dan çox uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil olunur.

Mərkəzdə yaradılmış şərait, göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin artırılması və s. barədə tapşırıqlarını verib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələri çərçivəsində 4 mindən çox uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3020277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR