Yuxu xəstəliyə qarşı mübarizə aparmağa kömək edir

Yuxu xəstəliyə qarşı mübarizə aparmağa kömək edir
22:32 15 Fevral 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Məlumdur ki, yuxu xəstə insanın vəziyyətini yaxşılaşdırır. Tədqiqatlar göstərib ki, yuxuda immun sisteminin T hüceyrələri yenidən proqramlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, onların effektivliyini artırır. İmmun sisteminin hüceyrələri bədənin zədələnmiş hüceyrələrini daha yaxşı tanımağa və onları məhv etməyə başlayır.

İmmun sisteminin hüceyrələri onların fəaliyyətini gücləndirən və yavaşıdan siqnallar alır. İkinci tip siqnal T hüceyrələrinin zədələnmiş hüceyrələrə qoşulmasına və onları məhv etməsinə mane olur. Zərərsiz sitomeqalovirusuna yoluxan insanların qanının laboratoriya tədqiqatları immun sistemi hüceyrələrinə təsir göstərən maddələrin dörd tipini aşkar etməyə imkan verib.

T hüceyrələrini yenidən proqramlaşdıran prostaqlandinlər də bu maddələr arasındadır. Onların T hüceyrələrinə təsiri nəticəsində bu hüceyrələr bədənin zədələnmiş hüceyrələrinə qoşulmağa kömək edən zülalları az hasil edir. Əldə olunan məlumatın təhlili və könüllülər üzərində aparılan eksperimentlər belə bir faktı müəyyən etməyə imkan verib: T hüceyrələrinin fəallığının qarşısını alan maddələrin səviyyəsi məhz yuxu zamanı azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/730874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR