"Azərsu"nun avtomobili avtobusla toqquşdu - FOTO

"Azərsu"nun avtomobili avtobusla toqquşdu - FOTO
22:38 15 Fevral 2019
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı km-də, rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini Füzuli Ata oğlu Əzimovun idarə etdiyi "Azərsu" ASC-yə məxsus "Mitsubishi" markalı pikapa dönmə əməliyyatı edərkən İlqar Məhəmməd oğlu Alıyevin idarə etdiyi sərnişin avtobusu çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyat vasitəsinə xeyli ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/269769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR