Azərbaycan ötən il bu ölkədən 20 min tondan artıq quş əti idxal edib

Azərbaycan ötən il bu ölkədən 20 min tondan artıq quş əti idxal edib
11:37 16 Fevral 2019
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Azərbaycan Ukraynadan 20 069 ton quş əti idxal edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin "Aqrar İqtisadiyyat İnstitutu" Milli Elmi Mərkəzinin direktor müavini Nikolay Puqaçyov bildirib. 

"Bu, Ukraynanın ümumi quş əti ixracının 6,1%-nə bərabərdir", - deyə o, qeyd edib. 

2018-ci ildə Ukrayna rekord həcmdə - 646 mln. ABŞ dolları dəyərində 329 min ton quş əti ixrac edib. Bu isə 2017-ci ilə nisbətən 21,6% çoxdur. 

Ötən il Ukraynadan ən çox quş əti idxal edən ölkə Niderland olub. Bu ölkəyə ixrac ümumi ixracın 17,9%-ni təşkil edib. Bundan başqa, Ukrayna Slovakiya (9,3%), Sədiyyə Ərəbistanı (9%), Belarus (8,4%), İraq (7%) və Almaniyaya (5%) quş əti ixrac edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/731092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR